Sarsıdıcıdır,ancaq faktdır:Əməkçi insanın 105 il əvvəl əldə edə bildiyi ən elementar hüquqlar bu gün müstəqil Azərbaycanda yoxdur.21-ci əsr bizdə 19-cu əsrlər əvəzlənib.
Az məlum faktdir,ancaq bütün çar Rusiyasında ilk dəfə olaraq məhz Bakıda fəhlələrlə sahibkarlar arasında Kollektiv müqavilə imzalanıb.Və tarixə "Mazut Konstutsiyası"adı ilə düşən sənəddə fəhlələrin hətta indikindən də mütərrəqqi statusu və hüquqları təsbit olunmusdu.Təqvim vərəqi isə 1904-cü ilin 30 dekabrını göstərirdi.
Ordaki Hadisələrdən cox danışmaq isdəmirəm ama həmin kollektiv sənədin bəzi bəndlərinə baxaq:
Fəhlələr ücün pulsuz mənzil,su və kerosin.Əmək qabiliyyətinin itirildiyi halda işçinin maaşının 50 %-ni daha 3 ay ərzində verilməsi.
Bu cümlələri müasir leksikona çevirin-görərsiniz ki,bu günkü Azərbaycan işçisində heç biri yoxdur!(Bir də Gəddəfini pisləyirdilər!)
Bakı proletariatı öz hüqüqları uğrunda 1 ay mükəmməl təşkil olunmuş formada mübarizə aparmaqla 105 il əvvəl indi də olmayan hüquqlara nail oldular
Qısa yazdım ki oxuyanda ürəyiniz sıxılmasın :)
Nihad Turan 10 Mart 2012 (c)
Hiç yorum yok:
Yorum Gönder